Bakıdan Lerikə gedən mikroavtobus QƏZAYA DÜŞDÜ – Yaralananlar var

Hazırda oxunan: Bakıdan Lerikə gedən mikroavtobus QƏZAYA DÜŞDÜ – Yaralananlar var

588304

Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza səhər saatlarında rayon ərazisində qeydə alınıb.

Lerik istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobus naməlum səbəbdən idarəetmədən çıxaraq dərəyə aşıb.
 

Hadisə nəticəsində avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. İlkin məlumata əsasən, 6 nəfər kişi cinsli şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib.


Məlumata görə, zərərçəkənlər Bakı şəhərindən Lerik rayonuna səfər edirmişlər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin