Banka borcu olanların NƏZƏRİNƏ: Bu halda kredit müddəti uzadılacaq

Hazırda oxunan: Banka borcu olanların NƏZƏRİNƏ: Bu halda kredit müddəti uzadılacaq

588295

Artan maliyyə çətinlikləri fonunda bir çox vətəndaşı narahat edən əsas suallardan biri də bank kreditlərinin müddətinin uzadılıb-uzadıla bilməməsidir. Xüsusilə, ödənişləri vaxtında həyata keçirməkdə çətinlik çəkən borcalanlar üçün bu məsələ aktual olaraq qalır.

Bəs, kredit müddətinin uzadılması mümkün ola bilərmi?

Bizim.Media
xəbər verir ki, bu barədə konkret.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, kredit müddətinin uzadılması birtərəfli qaydada həyata keçirilə bilməz:

“Bu, qarşılıqlı razılaşma əsasında ola bilər. Yəni borcalan bank qarşısında öhdəliyini müəyyən edilən müddətdə yerinə yetirə bilmədiyini açıqlasa və bank buna razılıq versə, kreditin müddəti uzadılacaq. Bu zaman tərəflər arasında əlavə razılaşma bağlanır. Bank razılıq verməsə, kredit müddətinin uzadılması mümkün deyil”.

Ekspertin sözlərinə görə, belə hallarda banklar borcalanın maliyyə vəziyyətini, ödəniş tarixçəsini və risk amillərini nəzərə alaraq qərar qəbul edirlər.

Buna görə də kredit müddətinin uzadılması hər bir halda fərdi qaydada dəyərləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin