2025-ci ildə yol-nəqliyyat hadisələrinin əsas səbəbkarları ən çox Oğlaq və Şir bürcü altında doğulan sürücülər olub.
Bizim.Media “auto.ru”ya istinadla xəbər verir ki, bu Rusiyanın “VSK Sığorta Evi”nin analitiklərinin illik statistik təhlilləri nəticəsində məlum olub.
Araşdırmada həmçinin ayrı-ayrı bürclər üçün ən təhlükəsiz avtomobil markaları da açıqlanıb.
Sığorta şirkətinin 2025-ci il üzrə statistikasına əsasən, ən çox qəza törədən bürclərin ilk beşliyi belədir:
Oğlaq, Şir, Buğa, Qoç və Xərçəng. Bu bürclər üzrə sürücülərin payına qeydə alınmış bütün qəzaların 44 faizdən çoxu düşüb. Analitiklərin qeyd etdiyinə görə, əvvəlki analoji reytinqlə müqayisədə Əkizlər anti-liderlər siyahısından çıxıb, ən ehtiyatlı sürücülər isə Əqrəb və Oxatan bürcləri altında doğulanlar hesab olunur.
Yaş qrupları üzrə təhlil göstərir ki, 40–49 yaş aralığındakı sürücülər daha riskli kateqoriyaya daxildir. Bu xüsusilə Şir və Qoç bürcləri üçün daha qabarıq müşahidə olunur. 29 yaşadək olan sürücülər arasında isə Oxatan və Əqrəb bürcləri üzrə qəza riski ən aşağı səviyyədədir.
Reytinqə liderlik edən Oğlaqlar üçün sığortaçılar Kia markalı avtomobilləri tövsiyə edir — statistika göstərir ki, bu seçim qəza riskini azalda bilər. Şir və Qoç bürcləri üçün ən təhlükəsiz marka Toyota, Buğa üçün Hyundai, Xərçəng üçün isə Lada hesab olunur.
Bizim.Media


































































































