BDU-nun 1 nömrəli tədris binası 23 milyon manata TƏMİR OLUNACAQ

Hazırda oxunan: BDU-nun 1 nömrəli tədris binası 23 milyon manata TƏMİR OLUNACAQ

588231

Bakı Dövlət Universiteti Yasamal rayonu, akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşən 10 mərtəbəli, zirzəmili, 1 nömrəli tədris binasının əsaslı təmiri işləri ilə bağlı satınalma həyata keçirib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, müvafiq satınalmanın qalibi "Koneks Construction" MMC olub.

Tenderin məbləği 23 milyon 489 min 887.57 manat təşkil edir.
 

Layihə çərçivəsində binada genişmiqyaslı söküntü işlərinin aparılması nəzərdə tutulur. Bunlara bütün mərtəbələr üzrə 100 mm, 200 mm və 400 mm qalınlıqda kərpic divarların sökülməsi, kürsü mərtəbəsində 15 sm qalınlıqda dəmir-beton pilləkənlərin demontajı, fasadın sağ və sol hissələrində pəncərə yerlərinin açılması daxildir.


Eyni zamanda, yararsız vəziyyətdə olan taxta və plastik asma tavanların, alçıpan örtüklərin, eləcə də bütün mərtəbələr üzrə taxta döşəmə örtüklərinin sökülməsi də təmir işlərinin tərkib hissəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin