Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranınüzvlərini qəbul edib.
Bizim.Media xəbər verir ki, Komitənin sədri Şahin Bağırov, İctimai Şuranın son iki illik fəaliyyətini yüksək qiymətləndirib və onlara uğurlar arzulayıb.
Daha sonra, Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədri Ramil Əliyev çıxış edərək qeyd edib ki, bu qiymətləndirmə, dövlət tərəfindən ictimai nəzarətin və vətəndaş-dövlət əməkdaşlığının gücləndirilməsinə göstərilən diqqət və qayğının bariz göstəricisidir.
“İctimai Şura olaraq, cənab Prezidentin həyata keçirdiyi dövlət siyasətini bundan sonra da qətiyyətlə dəstəkləyəcəyik. Komitə əməkdaşlarının bizə göstərdiyi diqqətə görə təşəkkürümüzü bildiririk” – deyə Ramil Əliyev bildirib.
Görüşdə İctimai Şura üzvləri Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov tərəfindən təltif edilib.





Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:45 / 30.12.2025
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov İctimai Şuranın üzvlərini qəbul edib — FOTO
Hazırda oxunan: Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov İctimai Şuranın üzvlərini qəbul edib — FOTO
Hazırda oxunan: Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov İctimai Şuranın üzvlərini qəbul edib — FOTO
588229
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































