Ölkədə qaz limitini keçən abonentlərin sayı AÇIQLANDI

Hazırda oxunan: Ölkədə qaz limitini keçən abonentlərin sayı AÇIQLANDI

588197

Abonentlərin 46 faizə yaxını aşağı qaz limitini aşıb.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, 2025-ci ilin 11 ayı ərzində 1 449 467 abonent aşağı tariflə (54,4%), 970 083 abonent 22 qəpik tariflə (36,4%), 243 884 abonent isə yüksək tariflə (9,2%) təbii qazdan istifadə edib.

Xatırladaq ki, əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12,5 qəpik, 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 22 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 30 qəpik ödəyir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin