İstintaqı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan və dövlətə xəyanətdə ittiham olunan Akif Bağırovun məhkəmə araşdırması yekunlaşıb.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən yekun prosesdə hökm oxunaraq Akif Bağırov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Akif Əlimirzə oğlu Bağırovun mərhum akademik Ziya Bünyadovun qətlinə görə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Mahir Nurhüseyn oğlu Zeynalovun azadlığa buraxılmasına nail olmaq üçün xarici xüsusi xidmət orqanının tapşırığı ilə külli miqdarda pul vəsaitini rüşvət qismində verməyə cəhd etməkdə ittiham olunduğu bildirilir.
Akif Bağırov vəsaitləri məsuliyyətə cəlb edilmiş digər Azərbaycan vətəndaşına verib və bu vəsaitlər DTX-də başlanılmış cinayət işi çərçivəsində həyata keçirilmiş tədbirlər zamanı aşkar edilərək sübut qismində götürülüb.
O, Cinayət Məcəlləsinin 29, 312.2 (rüşvətverməyə cəhd) və 274-cü (dövlətə xəyanət) maddələri ilə ittiham olunur. (oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:58 / 30.12.2025
DTX-də başlanılan cinayət işi başa çatdı – AĞIR CƏZA
Hazırda oxunan: DTX-də başlanılan cinayət işi başa çatdı – AĞIR CƏZA
Hazırda oxunan: DTX-də başlanılan cinayət işi başa çatdı – AĞIR CƏZA
588193
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































