Azərbaycan XİN: Tayvanın müstəqilliyini tanımırıq

Hazırda oxunan: Azərbaycan XİN: Tayvanın müstəqilliyini tanımırıq

588165

“Bölgədə sülhün və sabitliyin qorunması beynəlxalq təhlükəsizlik üçün vacib amildir.

Azərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl xarakter daşıyır. Ölkəmiz Tayvanın müstəqilliyini tanımır”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Tayvan ətrafında yaranmış vəziyyət ilə bağlı medianın sualına cavabında əksini tapır.

A.Hacızadənin şərhində, həmçinin bildirilib: “Mübahisəli məsələlərin beynəlxalq hüquq çərçivəsində, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasını dəstəkləyirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin