Sərnişinlər 105 nömrəli marşrut avtobusun sürücülərinin mütəmadi olaraq qrafiki pozmalarından və digər ciddi narahatlıqlar yaratmalarından şikayətçidirlər.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a müraciət daxil olub.
Şikayətçi qeyd edir ki, avtobusların mütəmadi gecikməsi səbəbindən vətəndaşlar işə, məktəbə və digər vacib yerlərə vaxtında çata bilmirlər:
"Dünən sərnişinlər dayanacaqda 30 dəqiqədən çox gözləməli olublar. Avtobusda sıxlıqdan əziyyət çəkirik, nəfəs almaq olmur. Pəncərələr uzun müddətdir ki, çirklidir, ətrafı görmək mümkün deyil. Həmçinin "stop" düyməsinin olmaması və sürücülərin sərnişinlərin "saxla" çağırışlarını eşitməməsi problemi daha da artırır.
Portalda nəqliyyat vasitələrinin sayının 16 ədəd olduğu və 10 dəqiqə intervalla işlədiyi göstərilir, lakin bir çoxu reysə çıxmır, sürücülər avtobusların əksərinin nasaz olduğunu, tez-tez təmirə dayandığını qeyd edirlər".
Vətəndaş həmçinin qeyd edib ki, bu marşruta əvvəl böyük avtobuslar verilsə də, hazırda köhnə nəqliyyat vasitələri fəaliyyət göstərir və sadalanan problemlər hər gün təkrarlanır.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:03 / 30.12.2025
105 nömrəli avtobusdan şikayət: "Qrafik üzrə işləmir"
Hazırda oxunan: 105 nömrəli avtobusdan şikayət: "Qrafik üzrə işləmir"
Hazırda oxunan: 105 nömrəli avtobusdan şikayət: "Qrafik üzrə işləmir"
588161
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































