Heyvanlardan minatəmizləmə zamanı istifadə qaydaları müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında "Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda ("Heyvanlar aləmi haqqında") dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsinə əsasən, heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə standart əməliyyat prosedurlarına uyğun istifadə ediləcək.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media

































































































