Təranənin qalıqları 13 il sonra buradan çıxarıldı – VİDEO

Hazırda oxunan: Təranənin qalıqları 13 il sonra buradan çıxarıldı – VİDEO

588120

Xəbər verdiyimiz kimi, 2012-ci ildə Lənkəranın Nərimanabad qəsəbəsində itkin düşmüş Təranə Ağayevanın qətlə yetirildiyi müəyyənləşib.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, sonuncu dəfə işlədiyi sahədən gələrək əşyalarını evə qoyub gedən T.Ağayeva bir daha geri qayıtmayıb.

Bundan narahat olan ailə polisə müraciət edib. 13 il ərzində aparılan axtarışlar heç bir nəticə verməyib.

Nəhayət bu il onun 55 yaşlı həmkəndlisi Əliağa Kazımov tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb. Ə.Kazımov öldürüb basdırdığı Təranə Ağayevanın cəsədinin yerini hüquq-mühafizə orqanlarının əməkdaşlarına göstərib.

Mərhumun qalıqları həmin yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib, Ə.Kazımov isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin