Bakıda arvad bellə ərinin başına ZƏRBƏ ENDİRDİ

Hazırda oxunan: Bakıda arvad bellə ərinin başına ZƏRBƏ ENDİRDİ

588102

Bakıda arvad ərini bellə döyüb.

Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Şəki rayonunda qeydiyyatda olmaqla Binə qəsəbəsində yaşayan, 1993-cü il təvəllüdlü Gülər Ağayeva (adı və soyadı şərtidir) yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə G.Ağayeva həyətdəki bellə ərinin baş və sifət nahiyələrinə zərbələr endirib.

Kişinin şikayəti əsasında hadisə yerinə polis əməkdaşları gəliblər, qadın saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı dövründə ər-arvad arasında barışıq elan olunub. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib, qadın məsuliyyətdən azad olunub. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin