Monteneqro hakimiyyəti Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq edib. Qərar qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə qəbul olunub.
Bizim.Media xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, uzun müddət idi ki, Monteneqro birtərəfli qaydada həmin ölkəyə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejimini tətbiq edirdi.
“Hazırda Monteneqro hökumətinin qərarına əsasən 2026-cı ilin 15 yanvar tarixindən etibarən Monteneqroya səfər etmək istəyən Azərbaycan vətəndaşlarına münasibətdə viza rejimi tətbiq olunacaq.
Viza rejimi barədə bu qərar Monteneqro Hökumətinin Avropa İttifaqına üzvlük prosesi ilə əlaqədar üzərinə götürdüyü öhdəliklər çərçivəsində qəbul edilib.
Ölkəmizin vətəndaşlarına münasibətdə viza rejiminin yeni qaydaları və şərtlərinin nədən ibarət olacağı barədə müvafiq sorğumuz qarşı tərəfə ünvanlanıb.
Məsələ ilə bağlı müvafiq qaydada əlavə məlumat veriləcək”.
Qeyd edək ki, hazırda Azərbaycan vətəndaşları 90 gün ərzində Monteneqroda vizasız olaraq qala bilirlər.
Bizim.Media





























































































