Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri AÇIQLANDI

Hazırda oxunan: Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri AÇIQLANDI

588089

Azərbaycanda daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata əsasən, Gəncə – Qazax, Qazax – Gəncə şəhərlərarası, Füzuli kəndi (Samux) – Gəncə (Dəmiryol vağzalı) istiqamətində, eləcə də 76 nömrəli şəhərdaxili və 78 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
 

Gəncə – Qazax marşrutları üzrə fiziki şəxslər Quliyev Rəşad Məmməd oğlu və Cəfərov Samir Vaqif oğlu, Qazax-Gəncə marşrutları üzrə fiziki şəxslər Musayev Rüfət Nəriman oğlu və Cəfərov Samir Vaqif oğlu, Füzuli kəndi (Samux) – Gəncə (Dəmiryol vağzalı) marşrutu üzrə fiziki şəxs Əsgərov Taleh Qafar oğlu, 76 nömrəli şəhərdaxili (Bakıxanov qəsəbəsi – metronun "Neftçilər" stansiyası) və 78 nömrəli şəhərətrafı (Bakıxanov qəsəbəsi – Azər Manafov küçəsi) marşrutları üzrə hüquqi şəxs "General Auto Company" qalib elan olunublar.


Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin