Lənkəranda ŞOK: 13 il əvvəl itən qadın ÖLDÜRÜLÜBMÜŞ

Hazırda oxunan: Lənkəranda ŞOK: 13 il əvvəl itən qadın ÖLDÜRÜLÜBMÜŞ

588065

Lənkəranda qətlin üstü açılıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, 13 il əvvəl - 2012-ci ildə itkin düşən 1988-ci il təvəllüdlü Təranə Ağayevanın qətlə yetirildiyi məlum olub.
 

Bu gün Təranə Ağayevanın qətlində şübhəli bilinən həmkəndlisi 1970-ci il təvəllüdlü Əliağa Kazımov saxlanılıb. İlkin məlumata görə, Ə. Kazımov T.Ağayevanı öldürəndən sonra meyitini basdırdığı yeri göstərib.


T.Ağayevanın qalıqları həmin yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisəni törətməkdə şübhəli bilinən Ə.Kazımov saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin