Bakıda zəncirvari qəzada üç avtobus TOQQUŞDU - VİDEO

Hazırda oxunan: Bakıda zəncirvari qəzada üç avtobus TOQQUŞDU - VİDEO

588044

Bakıda sərnişin avtobuslarının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınan yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı barədə oxu.az-a "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.

O bildirib ki, bu gün saat 12:20-də Şamil Kərimov küçəsi, 12A ünvanında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib:

"İlkin məlumata əsasən, digər daşıyıcılara məxsus iki avtobus arasında qəza baş verib və nəticədə avtobuslardan biri dayanacaqda dayanan "BakuBus" MMC-yə məxsus 57 nömrəli müntəzəm marşrut xətti istismarda olan avtobusa arxadan çırpılıb. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib, araşdırma aparılır".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin