Allergiyası olanlar “Yolka”dan uzaq dursunlar – Həkimdən təhlükəsi barədə XƏBƏRDARLIQ

Hazırda oxunan: Allergiyası olanlar “Yolka”dan uzaq dursunlar – Həkimdən təhlükəsi barədə XƏBƏRDARLIQ

588034

Yeni il ağacları, xüsusilə də süni “yolka”lar allergik xəstələr üçün təhlükəli imiş. 

Bizim.Media Rusiya mətbuatına istinadən bildirir ki, immunoloq və allerqoloq Nadejda Loqina bildirib ki, canlı ağaclarda ümumiyyətlə allergen yoxdur və yalnız çiçəkləmə dövründə, ağcaqayın ağacları kimi iynəyarpaqlılar tozcuq ifraz etdikdə reaksiyaya səbəb ola bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Almamalı olduğunuz təhlükəli yolka BƏZƏKLƏRİ


Lakin süni ağacların potensial allergen olma ehtimalı daha yüksəkdir: düzgün saxlanılmazsa, üzərində kif və toz gənələri əmələ gələ bilər. Bu allergiya ilə yanaşı göbələk xəstəliyi ehtimalını da artırır. 

Loqina əlavə edib ki, süni ağaclar istifadə etməzdən əvvəl yaxşıca yuyulmalı və qurudulmalıdır.

O, həmçinin vurğuladı ki, əgər allergiya simptomları - məsələn, burun tıxanıqlığı, asqırma və ya dəridə qaşınma ortaya çıxarsa bunu yaradan səbəblərdən uzaq durmaq lazımdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin