Şabran şəhərində içməli su küçəyə axır.
Bu barədə Bizim.Media-ya Şabran şəhərindəki keçmiş 20 Yanvar küçəsi, indi şəhid Elvin İskəndərovun adını daşıyan küçədə qeydə alınıb. Küçə sakinləri adından danışan 63 saylı evin sakini Könül Abbasova Bizim.Media-ya bildirib ku, ötən həftənin cümə günündən içməli su xətti partlayıb, gəlib düzəldən yoxdur, dəfələrlə Şabran Sukanal İdarəsinin Qaynar xətti ilə əlaqə yaratsalar da, məsələ ilə maraqlanan tapılmır.
Şikayətçi qeyd edib ki, içməli su küçəni basıb. Onun həyəti və sanitar qovşağı pis günə düşüb.
Məsələ ilə bağlı Dövlət Su Agentliyinin Regional Su-Meliorasiya Xidmətinin Şabran Sukanal idarəsinin rəisi Azər Əzizovla əlaqə cəhdlərimiz baş tutmadı.
Bu səbəbdən içməli suyun küçələrə axmasının qarşısının neçə gündür niyə alınmadığının səbəbini də soruşa bilmədik.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
17:00 / 29.12.2025
Şəhidin adını daşıyan küçədə BİABIRÇI mənzərə - Küçələr sel altında – VİDEO
Hazırda oxunan: Şəhidin adını daşıyan küçədə BİABIRÇI mənzərə - Küçələr sel altında – VİDEO
Hazırda oxunan: Şəhidin adını daşıyan küçədə BİABIRÇI mənzərə - Küçələr sel altında – VİDEO
587998
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































