Təranənin qətlinin üstü açıldı - 13 il sonra... – FOTO

Hazırda oxunan: Təranənin qətlinin üstü açıldı - 13 il sonra... – FOTO

587991

2012-ci ildə Lənkəranda itkin düşmüş qadının qətlə yetirildiyi müəyyən edilib.

Bizim.Media xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1988-ci il təvəllüdlü Təranə Ağayevanı qətlə yetirməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Əliağa Kazımov saxlanılıb.
 

Qadının meyitinin qalıqları basdırıldığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bir neçə il əvvəl T.Ağayevanın qardaşı Fuad şübhəli şəxs qismində tutulmuşdu. Lakin o, bacısının meyitinin qalıqlarının olduğu yeri göstərə bilməmiş, daha sonra sərbəst buraxılmışdı. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin