Sosial şəbəkələr üzərindən narkotik vasitələrin satışı artıb

Hazırda oxunan: Sosial şəbəkələr üzərindən narkotik vasitələrin satışı artıb

587967

Son dövrlər sosial şəbəkələr üzərindən narkotik vasitələrin satışı kimi halların artığı müşahidə olunur. Belə ki, xüsusi satış vasitələri internet saytları, sosial şəbəkələr və mesajlaşma proqramlarıdır.

Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən dəyirmi masada Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Nadir Məmmədov deyib.

O qeyd edib ki, bu kimi hallarda ödəniş üsulları, əsasən, bank kartları, elektron ödənişlər və çox zaman başqa şəxslərin adlarına açılmış hesablar vasitəsilə reallaşır.

“Təşkilatçılar çox zaman İran və Rusiya vətəndaşlarıdır. Vurğulamaq istəyirəm ki, ümumilikdə Daxili İşlər Nazirliyi tərəfindən 2025-ci ilin 10 ayı ərzində 6 min 874 fakt olmaqla, 5 ton 001 kiloqram 373 qram narkotik vasitə aşkarlanaraq götürülüb. Ancaq təəssüf ki, ötən illərlə müqayisədə faktların sayı azalsa da, narkotik vasitələrin miqdarında artım müşahidə edilir”,- deyə nazirlik rəsmisi vurğulayıb. (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin