Bu il Böyük Qayıdış proqramı çərçivəsində azad olunan ərazilərin 29 yaşayış məntəqəsinə - 7 şəhər, 19 kənd və 3 qəsəbəyə vətəndaşların köçürülməsi təmin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yayıb.
Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən köçürülmə prosesi bu il ərzində ardıcıl və planlı şəkildə həyata keçirilib.
Köçürülmə aparılan yaşayış məntəqələri Cəbrayıl, Şuşa, Xocalı, Laçın, Füzuli, Kəlbəcər və Ağdam şəhərləri; Cəbrayıl rayonunun Horovlu kəndi; Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri; Xocalı rayonunun Ballıca, Xanyurdu, Təzəbinə, Seyidbəyli, Badara, Şuşakənd və Daşbulaq kəndləri; Ağdərə rayonunun Həsənriz, Suqovuşan, Kolatağ və Vəngli kəndləri; Laçın rayonunun Bəylik kəndi; Xocavənd rayonunun Sos kəndi, Qırmızı Bazar və Hadrut qəsəbələri; Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndləri olub.
Eyni zamanda köçürülmə prosesi Xankəndi şəhərinin Kərkicahan qəsəbəsini də əhatə edib. (Report.az)
Bizim.Media


































































































