Xankəndidə tapdığı silah-sursatı evinə gətirdi – Qonşuları onu “satdı”

Hazırda oxunan: Xankəndidə tapdığı silah-sursatı evinə gətirdi – Qonşuları onu “satdı”

587926

Xankəndidə tapdığı silah-sursatı gizli yolla evinə gətirən şəxs həbs olunub.

Bizim.Media xəbər verir ki, Beyləqan rayonunun Tatalılar kənd sakini, 1993-cü il təvəllüdlü Aqil Məmmədov (ad və soyad şərtidir) 2024-cü ilin avqust ayında Xankəndi şəhərinə gəzməyə gedib. 

O, həmin vaxt boş evlərdən birinə daxil olub və orada süngü bıçağı, tapança aşkarlayıb.

A.Məmmədov həmin silah-sursatı götürüb, avtomobilində oturacağın altında gizlədərək Beyləqan rayonundakı evinə gətirib. 
 

Bir müddətdən sonra o, həmin silah barədə qonşularına danışıb. Qonşular bu barədə polisə məlumat veriblər.


Polis əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında A.Məmmədovun evinə baxış keçirərkən mənzildən tapança, patron darağı və süngü bıçağı aşkarlanıb.

A.Məmmədov saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb.

Beyləqan Rayon Məhkəməsinin hökmü ilə A.Məmmədov 9 ay müddətinə azadlıqdan məhrum edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin