Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Hazırda oxunan: Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

587887

Ağdaşda idarəetmədən çıxan minik avtomobilinin hasara çırpılması nəticəsində bir nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Maşad kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, rayon sakini Yusif Məmmədov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı hasara çırpılıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin