Kamil Bəşirov vəfat etdi - FOTO

Hazırda oxunan: Kamil Bəşirov vəfat etdi - FOTO

587881

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin professoru, filologiya elmləri doktoru Kamil Bəşirov vəfat edib.

Bizim.Media xəbər verir ki, K.Bəşirov 68 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Kamil Bəşirov 1955-ci ildə Yevlax rayonunda anadan olub. 1975-ci ildə APİ-nin (indiki ADPU) Filologiya fakültəsini bitirib.

1982-ci ildən APİ-nin (indiki ADPU) 2 nömrəli korpusunda tədris üzrə dispetçer, 1990-cı ildən laborant, müəllim, baş müəllim, dosent vəzifələrini tutub. 7 kitabın, 100-dən artıq elmi məqalənin müəllifi olub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin