Şəkidə 26 yaşlı gənc itkin düşüb.
Bizim.Media xəbər verir ki, Şəkinin Baş Göynük kənd sakini, 1999-cu il təvəllüdlü Nöbərov Valeh Mustafa oğlu dekabrın 23-də günorta saatlarından etibarən itkin düşüb.
Bu barədə APA-ya V. Nöbərovun yaxınları məlumat verib.
Bildirilib ki, Valeh Nöbərovu görən şəxslərdən 070 531 55 47 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı ərazi üzrə polis orqanına məlumat daxil olub.
Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:33 / 28.12.2025
Şəkidə 26 yaşlı gənc itkin düşdü - FOTO
Hazırda oxunan: Şəkidə 26 yaşlı gənc itkin düşdü - FOTO
Hazırda oxunan: Şəkidə 26 yaşlı gənc itkin düşdü - FOTO
587789
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































