Xaçmaz rayonu Palıdlı kənd tam orta məktəbində bir sinif (4-cü sinif) və İstisu qəsəbə orta məktəbində bir sinif (3-cü sinif) onlayn təhsilə keçib.
Həmin siniflərdə tədrisi aparan 2 müəllim koronavirusa yoluxduğu üçün bu qərar verilib.
Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri İnqilab Musayev Bizim.Media-ya faktı təsdiqləyib.
Onun sözlərinə görə, məktəblərdəki vəziyyət nəzarətdədir, ciddi hal müşahidə edildikcə lazımi qərarlar veriləcək.
14:17
Yanvarın 29-da Bizim.Media saytında "Xaçmazın Palıdlı kənd tam orta məktəbində nə baş verir? İcra başçısı təcili göstəriş verdi" yazısında həyəcan təbili çalaraq məktəbdə koronavirus daşıyıcısı olduğunu qeyd etmişdik.
Həmin yazıdan sonra müəyyən tədbirlər görülüb. Xaçmaz rayon təhsil şöbəsinin müdiri İnqilab Musayev məktəbdə olub, kollektivlə görüşərək vəziyyətlə maraqlanıb. Rayon gigiyena və epidemiologiya mərkəzi tərəfindən məktəbdə dezinfeksiya işləri aparılıb.
Görülən işlərə baxmayaraq, Palıdlı kənd tam orta məktəbində vəziyyət daha da gərginləşib. Kəndin koronavirusa yoluxmuş 4 şagirdindən sonra məktəbin 3 texniki işçisində və bir müəllimində də virus aşkarlanıb.
MÖVZU İLƏ BAĞLI:
Bu kənddə valideynlər uşaqlarını dərsə göndərmək istəmir – SƏBƏB - FOTO
Məktəbin testi pozitiv çıxan müəllimi Bizim.Media-ya açıqlamasında iki gün əvvəl məktəbdə özünü halsız hesab etdiyni, dərsi pozmamaq üçün sonacan məktəbdə qaldığını bildirib: "Ötən gün verdiyim testin nəticəsi pozitiv çıxdı. Ev şəraitində müalicə olunuram".
Müəllimin sözlərinə görə, valideynlər Palıdlı kəndindən və digər kəndlərdən məktəbə gələn uşaqlarını növbəti həftə dərsə göndərməkdən ehtiyat edirlər.
Qeyd edək ki, ötən həftə Palıdlı kəndinin uşaqları məktəbə getməyiblər. Valideynlər övladlarının təhsildən yayınmasını, proqramdan geri qalmasını istəməsələr də, virus təhlükəliliyi onların qorxusunu artırır.
Respublikanın hər yerində olduğu kimi, Xaçmazda da son günlər virusa yoluxma halları artıb. Rayon mərkəzi xəstəxanasının tibb heyəti virusla mübarizədə çox ciddi mübarizə aparır. Amma qapanma halları vəziyyətin stabilləşməsinə qismən də olsa kömək edə bilər.
Neçə dəfədir, barəsində yazdığımız Palıdlı kənd tam orta məktəbinin bir həftəliyə də olsa distant təhsilə keçməsinə lüzum var. Bizdən yazmaq, tədbir görmək isə...
Aytəkin Alxaslı, Bizim.Media