Bu gün axşam saatlarından başlayaraq qərb bölgəsində soyuq və qarlı hava hökm sürür.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, günün ikinci yarısından etibarən Gəncədə güclü külək əsməyə və yağış yağmaya başlayıb.
Bölgənin Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında, xüsusən də dağlıq ərazilərdə hazırda da güclü qar yağmaqda davam edir. Bəzi yerlərdə qarın qalınlığı 5-7 sm, dağlıq ərazilərdə isə 15 santimetrə çatmaqdadır.
Hazırda Gəncə-Toğanalı-Kəlbəcər avtomobil yolunun Hacıkənd qəsəbəsindən keçən hissəsində yollar buz bağlayıb. Hazırda Gədəbəy rayonunun Qoşabulaq kəndinə şiddətli qar yağır. Qarın qalınlığı 15 santmetrə çatıb. Rayon mərkəzi ilə kəndi birləşdirən avtomobil yolunda hərəkətin təminatı istiqamətində işlər davam etdirilir.
Gədəbəylə yanaşı Tovuz, Qazax rayonlarının ucqar kəndlərində də qar yağır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
23:17 / 27.12.2025
Qərb bölgəsində hava kəskin DƏYİŞDİ: Dağlıq ərazilərdə güclü qar yağır - FOTO/VİDEO
Hazırda oxunan: Qərb bölgəsində hava kəskin DƏYİŞDİ: Dağlıq ərazilərdə güclü qar yağır - FOTO/VİDEO
Hazırda oxunan: Qərb bölgəsində hava kəskin DƏYİŞDİ: Dağlıq ərazilərdə güclü qar yağır - FOTO/VİDEO
587734
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































