İsmayıllıda qəza olub, qadın sürücü xəsarət alıb - FOTO/VİDEO

Hazırda oxunan: İsmayıllıda qəza olub, qadın sürücü xəsarət alıb - FOTO/VİDEO

587704

İsmayıllıda xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonunun Qurbanəfəndi kənd yolunda quraşdırılan körpünün üzərində baş verib.

İlkin məlumata görə, qadın sürücü avtomobili idarə edərkən idarəetməni itirib və nəqliyyat vasitəsi körpünün yan dirəyinə çırpılıb.

Qəza nəticəsində avtomobil güclü zərbə alaraq ciddi şəkildə zədələnib, bəzi hissələri qoparaq 5–7 metr məsafəyə səpələnib. Hadisə zamanı sürücü — 2000-ci il təvəllüdlü Mürsəliyeva Təhminə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı sürücü təcili tibbi yardım briqadası tərəfindən İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.




Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin