Biləsuvardakı qəzada həlak olanlar iki bacıdır - TƏFƏRRÜATLAR

Hazırda oxunan: Biləsuvardakı qəzada həlak olanlar iki bacıdır - TƏFƏRRÜATLAR

587701

Biləsuvarda ölümlə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəzada ölənlər iki bacı olublar.

Onlar digər sərnişinlərlə əmisi oğlanlarının nişan mərasiminə gedirmişlər.

Qeyd edək ki, hadisə Biləsuvar–Bəhramtəpə avtomobil yolunun Biləsuvardan keçən hissəsində baş verib. Məlumata görə, toy karvanında hərəkət edən avtomobillərdən biri naməlum səbəbdən idarəetmədən çıxaraq yol kənarına aşıb və su kanalına düşüb. İlkin məlumatlara əsasən, qəza nəticəsində iki nəfər həyatını itirib.

Sabutay, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin