Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Biləsuvar–Bəhramtəpə avtomobil yolunun Biləsuvardan keçən hissəsində baş verib.
Məlumata görə, toy karvanında hərəkət edən avtomobillərdən biri naməlum səbəbdən idarəetmədən çıxaraq yol kənarına aşıb və su kanalına düşüb. İlkin məlumatlara əsasən, qəza nəticəsində iki nəfər həyatını itirib.
Hadisə yerində müvafiq qurumların əməkdaşları araşdırma aparır. Qəzanın dəqiq səbəbləri araşdırmalar başa çatdıqdan sonra açıqlanacaq.
Sabutay, Bizim.Media, Cənub bürosu.

- A-
- A
- A+
Cəmiyyət
18:42 / 27.12.2025
Biləsuvarda toy karvanında AĞIR QƏZA: Ölənlər var
Hazırda oxunan: Biləsuvarda toy karvanında AĞIR QƏZA: Ölənlər var
Hazırda oxunan: Biləsuvarda toy karvanında AĞIR QƏZA: Ölənlər var
587700
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































