Bakıda klubdakı partlayışla bağlı məhkum edilən şəxs məhkəməyə MÜRACİƏT ETDİ

Hazırda oxunan: Bakıda klubdakı partlayışla bağlı məhkum edilən şəxs məhkəməyə MÜRACİƏT ETDİ

587691

Bakıda 4 nəfərin ölümü ilə nəticələnən “Location” klubdakı partlayışla bağlı məhkum edilən Rəsul Rəsulov məhkəməyə müraciət edib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, klubun administratoru olmuş Rəsul vaxtından əvvəl şərti azad olmaq istəyir.

Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum 5 illik həbs müddətinin yarıdan çoxunu çəkdiyini əsas gətirərək qalan 1 il 2 ayından azad edilməsini xahiş edib.

Məhkəmə ərizəni rədd edib. R.Rəsulovun eyni yerdə cəza çəkməsinin davamına qərar verilib.

Qeyd edək ki, klubdakı partlayış 2022-ci ilin aprelində baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb, içlərində xarici vətəndaş da olmaqla 34 nəfər, o cümlədən həmin vaxt klubda olan bloqer Aysel Şükür də xəsarət almışdı.

Məhkəmənin hökmü ilə klubun administratoru Rəsul Rəsulov 5 il, menecer Orxan Səfərli isə 4 il azadlıqdan məhrum edilib. Bir neçə gün əvvəl Orxan vaxtından 2 ay əvvəl şərti olaraq azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin