myGov-da təhlükəsizlik PROBLEMİ – Şəxsi məlumatlara icazəsiz giriş edilir?

Hazırda oxunan: myGov-da təhlükəsizlik PROBLEMİ – Şəxsi məlumatlara icazəsiz giriş edilir?

587683

Son günlər myGov platformasında yaranan bir təhlükəsizlik problemi diqqət çəkib. İki gün müddətində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) vətəndaşların fərdi məlumatlarının özəl şirkətlər tərəfindən sorğulanmasını aktivləşdirib.
 

Əvvəl bu imkan “İcazələrin idarə edilməsi” bölməsində deaktiv vəziyyətdə idi və yalnız vətəndaş özü aktivləşdirməli idi. Yeni vəziyyətdə isə şirkətlər vətəndaşlardan xəbərsiz məlumat sorğusu göndərə bilirdilər.


Bizim.Media xəbər verir ki, ekspertlər bildirirlər ki, belə yanaşma həm təhlükəli, həm də qanunvericiliyə zidd ola bilər. Dünya təcrübəsində və rəqəmsal hökumət fəlsəfəsində bu tip sistemlərdə default olaraq bütün biznes sorğuları bağlı olmalıdır, yəni vətəndaşın əvvəlcədən razılığı olmadan məlumatlara giriş mümkün olmamalıdır.

Xoşbəxtlikdən, problem İRİA tərəfindən həll edilib və şirkətlərin vətəndaşlara sorğu göndərmək imkanları artıq deaktiv edilib.
 

Ekspertlər vurğulayır ki, dövlətə məxsus sistemlərdə belə riskli addımların təkrarlanmaması üçün cavabdeh qurumlar, o cümlədən RİNN və digər aidiyyəti orqanlar tərəfindən zəruri tədbirlər görülməlidir. Bu, həm vətəndaşların məlumat təhlükəsizliyini təmin etmək, həm də dövlət sistemlərinə etimadı qorumaq baxımından vacibdir.


Qeyd edək ki, bu məsələni Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsində ekspert Osman Gündüz gündəmə gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin