Bakıda uşaq xəstəxanasında BİABIRÇILIQ - Sistem şlanqı tapılmadı, valideyn gecə aptekləri gəzməli oldu

Hazırda oxunan: Bakıda uşaq xəstəxanasında BİABIRÇILIQ - Sistem şlanqı tapılmadı, valideyn gecə aptekləri gəzməli oldu

587662

1 saylı Uşaq İnfeksion Xəstəxanasında sistem şlanqı tapılmır.

Bizim.Media xəbər verir ki, bununla bağlı Milli.Az-a vətəndaş şikayəti daxil olub.

Vətəndaş bildirir ki, gecə saat 4-də övladının qızdırması yüksəldiyi üçün sözügedən xəstəxanaya gedib.
 

"Sistem qoşulmalı idi, o boyda xəstəxanada bir dənə sistem şlanqı tapılmadı. Məcbur gecə bütün şəhəri axtarıb işləyən aptek tapıb ordan almışam. Həkimlər deyir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) cəmi 10 dənə sistem şlanqı verir, o da çatmır",- deyə şikayətçi iddia edir.


Məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin