DİN-dən bayram günlərində Qarabağa səfər edənlərə MÜRACİƏT

Hazırda oxunan: DİN-dən bayram günlərində Qarabağa səfər edənlərə MÜRACİƏT

587636

DİN bayram günlərində işğaldan azad olunan ərazilərə səfərə çıxan şəxslərə müraciət edib.

DİN Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə,k yalnız müvafiq icazəsi olan şəxslərin işğaldan azad edilən ərazilərə sərbəst və maneəsiz gediş-gəlişi təmin olunacaq.

Müvəqqəti polis postlarında təqdim edilən təlimat-bildirişlərə uyğun davranmalı, əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət edilməlidir.
 

Əraziyə tez alışan və partlayıcı maddə aparmamalı, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər edilməlidir. İctimai narahatlıq yaradan hallardan çəkinməli, vətəndaşlar davranışları ilə sabitlik mühitinə xələl gətirməməlidirlər.


Bir daha nəzərinizə çatdırırıq ki, bu qaydalara əməl etmək həm vətəndaşların həyat və sağlamlığı, həm də bölgənin təhlükəsizliyi naminə zəruridir.

Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Xocalı - Qarabağın hər bir güşəsi həmrəylik və firavanlıq simvoludur. Gəlin, bu torpaqların ənənələrinə sadiq davranaq, daha çox məsuliyyətli, daha çox həmrəy olmaqla ömür səhifəmizə xəta-bəlasız, sevgi və xoşbəxtlik dolu xatirələr həkk edək.

Bayramınız mübarək!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin