Dövlət qurumlarının balansında olan dörd avtobus və 25 avtomobil hərraca ÇIXARILIR

Hazırda oxunan: Dövlət qurumlarının balansında olan dörd avtobus və 25 avtomobil hərraca ÇIXARILIR

587619

Gələn il martın 3-də dövlət qurumlarının balansında olan nəqliyyat vasitələri açıq hərraca çıxarılacaq. Hərraca müxtəlif nazirliklərə, dövlət qurumlarına və publik hüquqi şəxslərə məxsus minik, yük, avtobus və xüsusi təyinatlı avtomobillər təqdim olunacaq.

Bizim.Media xəbər verir ki, təqdim olunan nəqliyyat vasitələrinin bir hissəsi 25 və 50 faiz endirimlə təkrar hərraca çıxarılır.

Hərraca çıxarılacaq ən bahalı avtomobil Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsinə məxsus 2014-cü il buraxılışlı "Audi A6"nın start qiyməti 19 min manatdır. Ən ucuz nəqliyyat vasitəsi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin balansında olan “KamAZ 6520" yük avtomobilidir, onun start qiyməti isə 1 400 manat təşkil edir.

Hərraca çıxarılan nəqliyyat vasitələri arasında Müdafiə Nazirliyinin balansında olan 1998-ci il buraxılışlı İVEKO markalı avtobus, 2003-cü il buraxılışlı "Mersedes-Benz S350" minik avtomobili və bir neçə "PAZ-3205" avtobusu yer alır. Bu nəqliyyat vasitələrinin start qiymətləri 3 750 manatdan 15 000 manata qədər dəyişir.

Hesablama Palatasına məxsus 2014-cü il buraxılışlı iki "Toyota Kəmri" minik avtomobili müvafiq olaraq 10 min 500 və 10 min 750 manat start qiyməti ilə hərraca çıxarılacaq. Nazirlər Kabinetinin İşlər Müdiri Aparatının balansında olan "BMV 730Li" və "BMV 760Li" avtomobillərinin start qiymətləri isə 5 min 500 - 6 min manat aralığında müəyyən edilib.

Xarici İşlər Nazirliyinə məxsus 2014-cü il buraxılışlı "BMV 528i" avtomobili 14 min manat start qiyməti ilə satışa çıxarılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin