Restoranlarda QR-kodlar təhlükəlidir?

Hazırda oxunan: Restoranlarda QR-kodlar təhlükəlidir?

587617

Son illər mağazalarda ödənişdən tutmuş restoran menyularına, ictimai nəqliyyata qədər bir çox sahədə QR-kodlardan geniş istifadə olunur. Skaner vasitəsilə lazımi məlumatı saniyələr içində əldə etmək mümkündür. Bu texnologiya vaxt itkisini azaldır, gündəlik həyatı daha rahat və sürətli edir.

Bizim.Media "Xəzər TV"yə istinadən xəbər verir ki, bəzi hallarda isə istifadəçilər saxta QR-kodlarla da qarşılaşırlar.

Mütəxəssislər bildirirlər ki, saxta QR-kodlar vasitəsilə vətəndaşların şəxsi məlumatları ələ keçirilə, bank kartları boşaldıla, telefonlarına zərərli proqramlar yüklənə bilər. Xüsusilə ictimai yerlərdə yerləşdirilən QR-kodlar daha riskli hesab olunur.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Coşqun Mehdiyev deyir ki, burada əsas problem yönləndirilən keçidlərdədir. İstifadəçi bilmədən saxta sayta daxil olur, bu zaman isə şəxsin məlumatları cəmi bir neçə saniyədə ələ keçirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin