Leyla Əliyeva "Euronews"a MÜSAHİBƏ VERDİ - VİDEO

Hazırda oxunan: Leyla Əliyeva "Euronews"a MÜSAHİBƏ VERDİ - VİDEO

587602

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Euronews" telekanalına müsahibə verib.

Bizim.Media xəbər verir ki, telekanal IDEA-nın ekologiya, iqlim dəyişikliyi və biomüxtəlifliyin qorunması sahəsində fəaliyyəti haqqında reportaj hazırlayıb.

Leyla Əliyeva müsahibə zamanı IDEA İctimai Birliyinin yaradılmasında məqsədlərindən söhbət açıb: "Əvvəldən başa düşürdük ki, ekologiya ayrı-ayrı növlərin xilası və ya iqlim dəyişikliyi ilə mübarizədən qat-qat artıqdır. Bu, həyat tərzimiz, mədəniyyətimiz və hər birimizin ətraf mühitə necə təsir etdiyimizlə bağlıdır. Bir çox ölkələr təəssüf ki, qorunan ərazilərini itirsə də, Azərbaycan onları genişləndirməkdə davam edir. Son illərdə iki yeni milli park açılıb, digərləri isə genişləndirilib.
 

Gələn il biz Qarabağ Milli Parkının açılışını gözləyirik və bundan sonra Azərbaycanda qorunan ərazilərin sahəsi ölkə ərazisinin təxminən 30 faizini təşkil edəcək. Bu gün bizim diqqətimizi yeni, aktual çağırışlara, xüsusən də Xəzər dənizindəki vəziyyətə – suyun səviyyəsinin aşağı düşməsinə, çirklənməyə və dəniz həyatı, o cümlədən Xəzər suitisi üçün artan təhlükəyə yönəldirik. Bu, heç bir ölkənin təkbaşına həll edə bilməyəcəyi böhrandır. Biz birlikdə hərəkət etməli və Xəzəri ortaq milli sərvətimiz kimi dəyərləndirməliyik.


Mənə elə gəlir ki, biz indi elə bir məqama çatmışıq ki, ekologiya artıq söhbətdən deyil, fəaliyyətdən ibarətdir. Biz bu barədə kifayət qədər danışmışıq və bu, əlbəttə ki, vacibdir, lakin təbiətin artıq sözə ehtiyacı yoxdur - onun bizim hərəkətlərimizə ehtiyacı var. Əsas odur ki, optimist qalmaq və hər kəsin, hətta tək başına çox şey dəyişə biləcəyini başa düşməkdir. Birlikdə isə möcüzələr yarada bilərik", - deyə Leyla Əliyeva qeyd edib.

Videomaterialda Azərbaycanda ətraf mühitin mühafizəsi tədbirləri biomüxtəlifliyin qorunmasından çox kənara çıxdığı vurğulanıb. Milli institutlar və şirkətlər, xüsusən də IDEA ətraf mühitin mühafizəsi sahəsində həm quruda, həm də dənizdə işləyirlər. Bu işlərin ən bariz nəticələrindən birini ölkə ərazisində milli parkların genişləndirilməsi və mühafizəsində görmək olar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin