Tacir Şahmalıoğlu ilə Vüqar Əbdülov arasında QALMAQAL

Hazırda oxunan: Tacir Şahmalıoğlu ilə Vüqar Əbdülov arasında QALMAQAL

587587

"Meyxanaçıların sənəti bədahətəndir, əvvəlcədən əzbərlənmir. Vüqar 30 illik dostumdur, amma çıxıb efirdə ağzına gələni danışır. Niyə danışırsan? Düşün də. Məni verilişlərin birində "baltalayıb". Mən oxuyanam. Savadlı şairlərin şeirlərinə müraciət edirəm. Mən şair deyiləm".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu "Rəngarəng" verilişində deyib.

O, meyxanaçı Vüqar Əbdülovu onun haqqında səsləndirdiyi fikirlərə görə tənqid edib: "Vüqara demək istəyirəm ki, 50 illik yaradıcılığımda oxuduğum mahnıların 80 faizi öz bəstələrimdir, 60 faizi isə öz sözlərimdir. Amma mən özümü şair adlandırmıram.

Bununla belə, mahnılarıma düzəliş edirəm. Bunlardan xəbərin olmaya-olmaya çıxıb efirdə deyirsən ki, onun-bunun şeirini oxuyursan. Nə var ki, bunda? Bunları öz aramızda de, çıxıb 10 milyon insanın qarşısında səsləndirmə".

Qeyd edək ki, mübahisənin yaranmasına səbəb Vüqarın “Tarixin bir günü” verilişində T.Şahmalıoğlu haqqında "Sən ancaq kiminsə sözlərini oxumusan. Əminə Şirin isə özü yazır" deməsi olub. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin