Azərbaycan və BƏƏ "Sülh Qalxanı-2026" birgə təliminə hazırlığı müzakirə etdi - FOTO

Hazırda oxunan: Azərbaycan və BƏƏ "Sülh Qalxanı-2026" birgə təliminə hazırlığı müzakirə etdi - FOTO

587577

Azərbaycan Ordusunun və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçularının iştirakı ilə keçiriləcək "Sülh Qalxanı - 2026" təliminin dekabrın 25-də Bakıda əsas planlama konfransı olub.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyində təşkil edilən tədbirdə hər iki ölkənin hərbi nümayəndə heyəti 2026-cı ilin fevral ayında BƏƏ-də keçiriləcək təlimin məqsədi, mərhələlər üzrə yerinə yetiriləcək fəaliyyətlər və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

"Sülh Qalxanı-2026" təlimində icra olunacaq tapşırıqlarla bağlı brifinqlər təqdim olunub,
qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.


Bakıya səfər çərçivəsində BƏƏ nümayəndə heyəti Azərbaycan Ordusunun bir neçə hərbi hissəsini ziyarət edib. Qonaqlara hərbi hissələrdə yaradılan şərait və hərbi qulluqçuların hazırlıq səviyyələri ilə bağlı ətraflı məlumat verilib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin