Yeni il süfrələrinin ən məşhur yeməkləri – SİYAHI

Hazırda oxunan: Yeni il süfrələrinin ən məşhur yeməkləri – SİYAHI

587531

Azərbaycanda Yeni il bayramı süfrə zəngin təamlarla dolu olur. Bayram günlərində süfrəyə qoyulan yeməklər ailə birliyini, eləcə də gələn ili bolluqla qarşılamağı ifadə edir.

Bizim.Media Yeni il süfrələrində ən çox rast gəlinən məşhur yeməkləri təqdim edir:

Plov - Azərbaycan milli mətbəxinin əsas yeməyi olan plov bayram süfrələrinin mərkəzində yer alır. Şah plov, səbzili, südlü və digər plov növləri var.

Kabab - ət və ya toyuqdan hazırlanan kabab Yeni il süfrələrində ən çox sevilən təamlardandır. Kabab təkcə bayramlarda deyil, istənilən özəl günlərdə masada öz mövqeyini qoruyur.

Dolma - üzüm yarpağına və ya müxtəlif tərəvəzlərin içinə doldurulan qiymə, düyü və ədviyyat qarışığı ilə hazırlanır. Həm dadı, həm də ənənəvi hazırlanma qaydası ilə bayram ab-havasını tamamlayır.

Blinçik - nazik xəmirdən hazırlanan blinçik ət, pendir və ya göyərti ilə doldurularaq süfrəyə verilir. Yüngül və doyumlu olması səbəbilə bayram masalarında tez-tez yer alır.

Ləvəngi - əsasən cənub bölgəsinə məxsus toyuq və ya balıq ləvəngisi qoz, soğan və xüsusi ədviyyatlarla hazırlanan içliklə bişirilir.

Paytaxt salatı – bu salat Yeni il süfrələrinin ayrılmaz hissəsidir. Demək olar ki, hər evdə bişirilən bu salat əsas yeməklərin yanında təqdim olunur. Bundan başqa, mimoza, çuğundur və digər salatlara üstünlük verənlər də az deyil.

İçkilər - Yeni il süfrəsində meyvə şirələri, kompotlar, limonadlar və müxtəlif bayram içkiləri geniş yer tutur. İçkilər süfrənin tamamlanmasında mühüm rol oynayır.

Yeni il tortu - Bayram rəmzləri ilə bəzədilən Yeni il tortu süfrənin ən şirin hissəsidir. Tort olmadan Yeni il süfrəsi natamam hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin