Pekinə uçan təyyarə Qazaxıstanda TƏCİLİ eniş etdi – SƏBƏB

Hazırda oxunan: Pekinə uçan təyyarə Qazaxıstanda TƏCİLİ eniş etdi – SƏBƏB

587507

"Lufthansa" aviaşirkətinə məxsus təyyarə bortda fövqəladə hadisə - sərnişinin ölümü səbəbindən Qazaxıstanın Almatı Beynəlxalq Hava Limanına təcili eniş edib.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i nəqliyyatdakı polis departamentinə istinadən məlumat yayıb.
 

"Münxendən Pekinə uçan təyyarə, sərnişinlərdən birinin huşunu itirməsi səbəbindən təcili olaraq Almatıya eniş edib. Təyyarəyə dərhal hava limanının tibbi xidməti və təcili yardım briqadası çatıb, onlar sərnişinin artıq havada ikən öldüyünü bildiriblər. Vəfat edən şəxs xarici ölkə vətəndaşıdır", - qurumdan qeyd olunub.


Ölümün ilkin səbəbi kəskin ürək çatışmazlığı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin