Taksilərin avtobus zolaqlarından istifadəsinə icazə verilə bilər – YENİ TƏKLİF

Hazırda oxunan: Taksilərin avtobus zolaqlarından istifadəsinə icazə verilə bilər – YENİ TƏKLİF

587505

Milli Məclisdə taksilərin avtobus zolaqlarından istifadə edilməsinə icazə verilməsi təklif edilib.

Bizim.Media xəbər verir ki, bu təkliflə deputat Vasif Qafarov parlamentin bugünkü plenar iclasında çıxış edib.

Deputat bildirib ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksilər ictimai nəqliyyat vasitəsi sayılır və beynəlxalq təcrübədə bu model geniş tətbiq olunur:

“Təklif edirəm ki, Bakı şəhərində rəsmi platformalarda qeydiyyatda olan taksilərə avtobus zolaqlarından istifadə hüququ verilsin”.

Bundan başqa, Milli Məclisin üzvü ödənişli parklanma xidmətinin sığorta mexanizmi ilə təmin edilməsi məsələsini də səsləndirib:

“Ödənişli parklanma yerlərində sığorta mexanizminin tətbiq edilməməsi bir sıra mənfi nəticələr doğurur. Vətəndaş parklanma üçün ödəniş etdiyi halda parklanma yerində avtomobilinə dəyən zərərə görə heç bir təminat almır. Qanunvericilikdə müvafiq dəqiqləşmələr aparılmalı və parklanma xidmətində sığorta məsuliyyəti aydın şəkildə müəyyən olunmalı, parklanma haqqına minimal sığorta konponentinin daxil edilməlidir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin