Tovuzda ağır qəza: “Opel” ağaca çırpılıb su arxına düşdü – Xəsarət alan var – FOTO

Hazırda oxunan: Tovuzda ağır qəza: “Opel” ağaca çırpılıb su arxına düşdü – Xəsarət alan var – FOTO

587479

Tovuzda yol nəqliyyat hadisəsi ağır xəsarətlə nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Əlimərdanlı kəndində baş verib.

77 – EN -971 dövlət nömrə nişanlı "Opel" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın ilk olaraq ağaca çırpılıb, daha sonra isə yol kənarındakı su arxına düşüb.

Hadisə zamanı ağır bədən xəsarətləri alan sürücü Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin