Astara Gömrük İdarəsində 58 kiloqram 610 qram həşiş və 89 kiloqram 705 qram marixuana, ümumilikdə 148 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə DGK məlumat yayıb.
Bildirilib ki, narkotik vasitə ölkəmizdən tranzit keçməklə İrandan Rusiyaya “kərəviz və kahı” yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb.
Stasionar rentgen qurğusunda baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması həyata keçirilib.
Nəqliyyat vasitəsindəki 2 paletdə gömrük nəzarətindən gizlədilən, xalis təmiz çəkisi 58 kiloqram 610 qram narkotik vasitə - həşiş və 89 kiloqram 705 qram narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:25 / 26.12.2025
Astara gömrüyündə 148 kq narkotik belə aşkarlandı – VİDEO
Hazırda oxunan: Astara gömrüyündə 148 kq narkotik belə aşkarlandı – VİDEO
Hazırda oxunan: Astara gömrüyündə 148 kq narkotik belə aşkarlandı – VİDEO
587470
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































