Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt polis məntəqəsinin və 2 saylı Regional Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Qazax rayon Yuxarı Salahlı kəndində qeyri-qanuni balıq ovu ilə məşğul olan Səlim Əmirxanov və Sahib Namazov saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yoxlama zamanı onlardan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd akkumlyator, 1 ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, 71 ədəd xramulya, 5 ədəd şibrit, 16 ədəd dabanbalığı və digər əşyalar götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media