Gəncə Yeni ili qarşılamağa hazırlaşır – VİDEO

Hazırda oxunan: Gəncə Yeni ili qarşılamağa hazırlaşır – VİDEO

587398

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibəti ilə Gəncənin mərkəzi meydanı bəzədilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Yeni ilin simvolu sayılan küknar ağacı artıq bəzədilib.

Bakı Abadlıq Xidməti və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən qurulan yolkanın hündürlüyü təxminən 10 metrdir. Küknar ağacı 250-ə yaxın müxtəlif oyuncaqlar və işıq effektləri ilə bəzədilib. Yolkanın ətrafında Şaxta baba, Qar qız və nağıl qəhrəmanları üçün xüsusi yerlər hazırlanıb.

Bundan başqa meydanın müxtəlif yerlərində xüsusi işıq effektləri ilə təchiz olunan fiqurlar böyüklərin və uşaqların marağına səbəb olur.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibəti ilə Gəncə şəhərinin bir sıra prospekt və küçələri rəngli işıqlarla da bəzədilir.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin