Torpaq altından baş qaldıran TARİX - Arxeoloqlar 2025-ci ildə nəyi üzə çıxardı?

Hazırda oxunan: Torpaq altından baş qaldıran TARİX - Arxeoloqlar 2025-ci ildə nəyi üzə çıxardı?

587383

2025-ci il Azərbaycan arxeologiyası üçün sadəcə bir təqvim ili deyil, maraqlı tapıntılar ili kimi yadda qaldı. Paleolit dövründən Tunc dövrü kurqanlarına, Neolit dövrünün dəfn mədəniyyətindən orta əsr mərasimlərinə qədər tapılan izlər Azərbaycan tarixinin indiyədək bilinməyən tərəflərini üzə çıxardı.  Qarabağ və Şərqi Zəngəzurdan Goranboya, Keşikçidağdan Azıx mağarasına qədər uzanan ekspedisiyalar göstərdi ki, Azərbaycan torpağı hələ də öz qoynunda tarixin maraqlı izlərini qoruyub saxlayır.

Bizim.Media-nın Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutuna istinadən verdiyi məlumata görə, Xocalı tarixi-arxeoloji kompleksinin ərazisində aparılan tədqiqat zamanı Xocalı məqbərəsinin yanında dəfn yeri aşkar edilib. Xocalı məqbərəsinin yanında nekropol ərazisində 70 sm dərinlikdə, görünən səth xüsusiyyətləri olmayan bir dəfn yeri aşkar edilib. Eyni zamanda, nekropolda Tunc dövrünə aid başqa bir kurqan aşkar edilib.

Bundan əlavə, Goranboy rayonunun Tatarlı kəndindəki Muncuqlutəpə nekropolunda aparılan arxeoloji qazıntılar zamanı neolit ​​dövrünə aid maddi-mədəniyyət əsərləri - saxsı qablar, əsasən kənd təsərrüfatında istifadə edilən daş alətlər, eləcə də çaxmaqdaşı kəsicilər və insan skeletləri aşkar edilib. Aşkar edilmiş nümunələrin eramızdan əvvəl VI minilliyin sonlarına aid olduğu güman edilir. Qəbirlərdən 3-ü yetkinlərə, 3-ü isə azyaşlılara məxsusdur. Aşkar edilmiş saxsı qablar əsasən qara cilalanmış, müxtəlif heyvan və həndəsi naxışlarla bəzədilmiş qablardır. Nekropolda aşkar edilmiş Assuriya tipli qablar qeyri-adi naxışlarla bəzədilib.

Minilliklərin sükutu pozuldu

2025-ci ildə beynəlxalq paleolit ​​arxeoloji ekspedisiyası Qarabağın Xocavənd rayonunda yerləşən Tağlar mağarasında tədqiqat aparıb. Mağaranın giriş hissəsində, əvvəllər qazılmamış ərazidə Orta Paleolit ​​dövrünə aid daha qədim təbəqələr aşkar edilib.

Masallının Eminli kəndində tapılan küp qəbirlərdə də müxtəlif, bəzək və zinət əşyaları aşıkarlanaraq üzə çıxarılıb. Küpün içərisində sıx bükülü şəkildə, sağ yanı üstə insan qalıqları aşkarlanıb. Skeletin ətrafında 3 ədəd balaca miniatür qab (yağ və ya ətriyyat qabı) və 1 ədəd kasa tipli qab olub. Qəbirdən aşkar edilmiş saxsı qablar, onların içində qızıl sırğalar və muncuqlar həm yerli saxsı məmulatları, həm də Aralıq dənizi regionundan gətirildiyini güman etməyə imkan verir.

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin