Azərbaycanda un BAHALAŞDI

Hazırda oxunan: Azərbaycanda un BAHALAŞDI

587376

Azərbaycanda 25 dekabr tarixindən unun son topdansatış qiymətləri məlum olub.

Bizim.Media "trend.az"a istinadən xəbər verir ki, qeyd olunan tarixdən etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26,10-28,60 manat arasında dəyişir.

Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü “Dəvəçi-Taxıl" MMC (26 manat 10 qəpik), ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-dir (28 manat 60 qəpik).

Beləliklə, bundan əvvəlki göstərici ilə müqayisədə 50 kq-lıq unun yuxarı həddinin topdansatış qiyməti 20 qəpik bahalaşıb, aşağı həddi isə dəyişməz qalıb. Buna qədər isə qiymətlər 26,10-28,40 manat arasında dəyişirdi.

Bu ilin dekabrın 25-dən etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun son topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:

“ATS MİLL", "Anadoluqida", "AVETA", "KARAT HOLDİNQ" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,70 manat (buna qədər 27,30 manat idi);

"Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28,60 manat;

"Bakı Taxıl Terminalı", "Dəniz un sənayesi LTD", "Karmen", "Sünbül 2012", "Taxıl AQRO",
“Xırman", "Ağsu Taxıl" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,60 manat (buna qədər 27,20 manat idi);

"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,50 manat (buna qədər 27,30 manat idi);

"Dəvəçi-Taxıl" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,10 manat;
"Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,90 manat (buna qədər 27,50 manat idi);

"Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28 manat;

"Hazartürk LTD" və “SKY AGRO” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,50 manat;

Nadir Quliyev adına Bakı-Taxıl" ASC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,55 manat;

"Nural" və "Osmanlı Taxıl" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28,20 manat;
“Orxan UN" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,65 manat;

"PAK-NUR" FİRMASI, "Qarabağ un" MMC, "Avrora" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,40 manat;

"Sarı Sünbül" və "Ungrano" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,80 manat;

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin