Azərbaycan “Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulub.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib.
Saziş 1968-ci il aprelin 22-də imzalanıb. Saziş kosmik gəminin şəxsi heyətinin qəzaya uğraması, təcili və gözlənilmədən eniş etməsi barədə məlumat alan tərəfin vəzifələrini müəyyən edir, bu sahədə yarana biləcək münasibətlərin səmərəli şəkildə tənzimlənməsini nəzərdə tutur.
Sazişdə kosmonavtlara bütün mümkün olan yardımların göstərilməsi, onların təhlükəsizliyinin təmin edilməsi və digər məsələlərlə bağlı müddəalar öz əksini tapıb. Sazişdə, habelə texniki, inzibati məsələlər, xilasetmə tədbirlərinin həyata keçirilməsi qaydaları, imzalanma və ratifikasiya ilə bağlı proseduralara dair tələblər də ehtiva olunur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:04 / 25.12.2025
Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə QOŞULDU
Hazırda oxunan: Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə QOŞULDU
Hazırda oxunan: Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə QOŞULDU
587365
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































