Günel Səfərova: “Uşaqların süni intellektlə hazırlanmış foto və videolarını yaya bilirlər”

Hazırda oxunan: Günel Səfərova: “Uşaqların süni intellektlə hazırlanmış foto və videolarını yaya bilirlər”

587355

"Düşünürəm ki, kibertəhlükəsizliklə bağlı qanuna ehtiyac var. Amma bu da sözügedən problemin tam həll yolu olmayacaq".

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova "Yeni reallıqlar, yeni həllər: uşaqların ekran və virtual mühitə aludəçiliyi, müdafiəsiz vəziyyətə düşməsi” mövzusunda keçirilən ictimai dinləmədə “Uşaqların rəqəmsal təhlükəsizliyi kimin məsuliyyətidir: valideyn, dövlət yoxsa vətəndaş cəmiyyəti?” mövzusunda panel müzakirəsi zamanı deyib.

O, Azərbaycanda 114 məktəb arasında kiber bullinqlə bağlı statistikanı açıqlayıb:

"Bir il ərzində kiber bullinq hadisəsi 37-dir. Bu rəqəm filtrlənmiş rəqəmdir. Çünki bunu aşkarlamaq çətindir, bunu kimin etdiyini aşkarlamaq çətindir. Arxasında başqa adlar, feyk profillər ola bilir. Artıq süni intellektlə uşaqların xoşlamadığı foto və videoları yaya bilirlər. Real və yoxsa süni intellekt olmasını ayırd etməkdə çətinlik çəkdiyimiz məqamlar olur. Bizim bununla mübarizə aparmaq üçün alətlərimiz olmalıdır".

Günel Səfərova qeyd edib ki, uşaqlara kiber bullinq edənlər uşaqlar qanunvericiliyə görə cəzalandırma yaş qrupuna aid deyillər:

"Ona görə də iş burda valideynlərin üzərinə düşür və biz onlarla işləməliyik".

Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin